Futbol üzrə milli komandamız Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsi çərçivəsində növbəti oyununu keçirib. Yığma bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan millisi ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesabı 59-cu dəqiqədə Bolqarıstan millisi açıb. Filip Krastev dəqiq zərbə ilə fərqlənib. Lakin oyunun sonlarına yaxın millimiz bərabərlik qolunu vurmağa müvəffəq olub. Oyunun 87-ci dəqiqəsində Musa Qurbanlı komandamızı məğlubiyyətdən qurtaran qolu vurub.
Xatırladaq ki, millimiz ilk oyunda Monqolustana minimal hesabla qalib gəlmişdi -1:0.