Millimiz Ukraynaya məğlub oldu

Millimiz Ukraynaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində  növbəti oyununa çıxıb. F qrupunda yer alan komandamız "Azərsun Arena”da qrupun lideri Ukrayna millisi ilə qarşılaşıb. Təəssüf ki, yığmamız bu oyunda da meydanı məğlubiyyətlə tərk edib - 3:0. Ukrayna komandası qələbə sayəsində xallarının sayını 18-ə çatdıraraq liderliyini davam etdirir. Azərbaycan millisi isə 3 xalla sonuncu pillədədir.