Neymarın sorağı Mayamidən gəlir

Neymarın sorağı Mayamidən gəlir

“Əl-Hilal”ın hücumçusu Neymar sosial şəbəkə hesabında NBA ulduz basketbolçuları Draymond Qrin və Cimmi Batler ilə Mayamidə keçirilən tennis turnirindən birgə fotolarını paylaşıb. Mayami turniri martın 19-da start götürüb. Qaliblər martın 31-də müəyyənləşəcək. Qadınların fərdi yarışlarında ümumi mükafat fondu 8,9 milyon dollar təşkil edir.Yarışın hazırkı qalibi ötənilki finalda Yelena Rıbakinanı məğlub edən (7:6 (16:14), 6:2) çexiyalı tennisçi Petra Kvitovadır.

Kişilərin fərdi yarışlarında ümumi mükafat fondu 8,9 milyon dollar təşkil edir. Turnirin hazırkı qalibi rusiyalı tennisçi Daniil Medvedevdir. O, ötən il həlledici görüşdə italiyalı Jannik Sinnerə qalib gəlmişdi.