Moskvanın “Lokomotiv” klubunun sabiq hücumçusu Ruslan Pimenov Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun Azərbaycan millisinə rəhbərlik edə biləcəyi ilə bağlı yayılan məlumatla bağlı fikirlərini bölüşüb. “Azərbaycan millisində çalışmaq Çerçesov üçün əla təklifdir. O niyə özünü bu komandada sınamasın? Ola bilər ki, Azərbaycandakı fəaliyyəti sayəsində Çerçesov Avropa klublarının diqqətini də cəlb etsin. Bunun üçün qələbələr lazımdır”, - deyə Pimenov “Çempionat”ın müxbiri Vladislav Kruqlovla söhbətində deyib.
Bildirilir ki, Çerçesov Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biridir.