“Son qərarı “Qalatasaray” verəcək”

“Son qərarı “Qalatasaray” verəcək”

İngiltərənin "Aston Villa" klubunda icarə əsasında çıxış edən italiyalı yarımmüdafiəçi Nikolo Zaniolo gələcək karyerası haqda danışıb. Müqavilə ilə "Qalatasaray"a məxsus olan futbolçu bildirib ki, bütün diqqətinı “Aston Villa”ya yönəldib. Son qərarı isə “Qalatasaray” verəcək. Mən əlbəttə ki, İtaliya üçün darıxıram. Konkret təkliflər gəlsə, agentim mənə məlumat verəcək”, – deyə Zaniolo “Corriere dello Sport”a bildirib. Qeyd edək ki, o “Aston Villa”nın heyətində 31 rəsmi oyuna çıxıb və 3 qol vurub. Transfermarkt portalı 24 yaşlı yarımmüdafiəçini 20 milyon avro dəyərində qiymətləndirir.