Ronaldonun eynəyi müzakirələrə səbəb oldu

Ronaldonun eynəyi müzakirələrə səbəb oldu

Bu gün Portuqaliya millisi Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək. Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldo oyun öncəsi Sloveniyaya yollanarkən çəkilmiş bir neçə fotosunu sosial şəbəkədə yayımlayıb. Fotoda Ronaldo təyyarədə Dioqo Dalotun yanında əyləşib. Kriştianun narıncı eynəkdəki şəkili izləyicilərinin diqqətindən yayınmayıb.

Xatırladaq ki, Ronaldo İsveçlə matçı (5:2) buraxmışdı. Lakin onun Bakı vaxtilə saat 23:45-də başlayacaq oyunda əsas heyətdə iştirakı qaçılmazdır.