“Villarreal” yarımmüdafiəçisi Daniel Parexo ilə müqavilənin müddətini uzadıb. Bu barədə məlumat klubun rəsmi saytında yer alıb. Bildirilir ki, 34 yaşlı futbolçunun yeni müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Parexo 2020-ci ilin yayından “Vilyarreal”da çıxış edir, daha əvvəl “Valensiya”, “Xetafe” və “Real”ın şərəfini qoruyub. Bu mövsüm yarımmüdafiəçi 33 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. İspaniya La Liqasının 29 turundan sonra “Vilyarreal” avrokuboklarda ilk altılıqdan 8 xal geri qalaraq, turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.