Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı 

Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı 

Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Onlar Avropa çempionatında iştirak hüququ uğrunda həlledici pley-off matçında Yunanıstan millisini penaltilər seriyasında məğlub edərək bu hüquqa yiyələniblər.

Tbilisidəki “Dinamo Arena”da keçirilən oyunun əsas və əlavə olunmuş dəqiqələrində hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) Gürcüstan komandası Almaniyada təşkil olunacaq Avropa Çempionatında iştirak etmək hüququ əldə edib. 

Avro-2004-ün qalibləri isə ardıcıl üçüncü dəfə qitə çempionatının final mərhələsindən kənarda qalıblar. 

Avropa çempionatında F qrupunda mübarizə aparacaq Gürcüstan millisinin rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.