Avro-2024-ün bütün qrup iştirakçıları müəyyənləşdi 

Avro-2024-ün bütün qrup iştirakçıları müəyyənləşdi 

Futbol üzrə Avro-2024-ün bütün qrup iştirakçılarının adlarına aydınlıq gəlib. Qitə çempionatına son vəsiqəni Polşa millisi qazanıb. "Panlar" bu uğura pley-off matçında Uelsə qalib gəlməklə yiyələniblər.  Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib - 5:4.

Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi finala hissəsində yer alan Almaniya komandasıdır.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu:Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan

B qrupu:İtaliya, Xorvatiya, İspaniya, Albaniya

C qrupu:Sloveniya, Danimarka, İngiltərə, Serbiya

D qrupu:Avstriya, Fransa, Niderland, Polşa

E qrupu:Rumıniya, Belçika, Slovakiya, Ukrayna,

F qrupu:Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan

Qeyd edək ki, Avropa çempionatında ilk qarşılaşma iyunun 14-ü Münhen şəhərindəki “Allianz Arena”da Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.

Avro-2024-ün bütün qrup iştirakçıları müəyyənləşdi  Avro-2024-ün bütün qrup iştirakçıları müəyyənləşdi