İspaniya sequndasında çıxış edən "Andorra"nın baş məşqçisi Eder Sarabia istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərarı isə klubun sahibi Xerard Pike verib. "Andorra" hazırda Sequndada sonuncu yerdədir.
Məlumat üçün bildirək ki, Sarabia 2021-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışır. Pike isə 2018-ci ildə "Andorra"nın sahibi olub.