Xorvatiya milli komandası Misirdə keçirdiyi yarış zamanı fürsətdən istifadə edərək Qahirənin məşhur turistik yerlərini gəzib. Avropalılar Qiza piramidalarında olublar. Hətta Luka Modriç, Yoşko Quardiol və Marselo Brozoviç qum üzərində "kvadrat" oyunu təşkil ediblər.