101 il ərzində 15-ci böyük məglubiyyət

101 il ərzində 15-ci böyük məglubiyyət

Dünən futbol üzrə Türkiyə milli komandası səfərdə Avstriyaya 6:1 hesabı ilə məğlub olub. Matçın ilk yarısı 2:1 hesabı ilə başa çatdığı  halda, ikinci hissədə Avstriyanın vurduğu dörd qol Türkiyənin məğlubiyyətini daha da dərinləşdirdi. Bu qollardan ikisi penaltidən vurulub. Bununla da Türkiyə 2024-cü il futbol üzrə Avropa çempionatı hazırlıq çərçivəsində keçirdiyi ikinci matçda da məğlub olub. Onlar dörd gün əvvəl Macarıstana 1:0 hesabı ilə uduzmuşdular.  Məlumat üçün bildirək ki, Türkiyə milli komandasının Avstriyaya 6:1 hesablı məğlubiyyəti 101 illik tarixində 624 matçda 5 və daha çox top fərqi ilə məğlub olduğu 15-ci matç kimi qeydə alınıb.

 

Tarix Yer Təşkilat Matç Nəticəsi

14.10.1987      London AÇ Təsnifat qrupu İngiltərə-Türkiyə 8-0

14.11.1984      İstanbul DÇ Təsnifat qrupu Türkiyə-İngiltərə 0-8

24.04.1968      Chorzow Yoldaşlıq Polşa-Türkiyə 8-0

28.05.1928      Amsterdam Olimpiya Oyunları Türkiyə-Misir 1-7

04.04.1984      İstanbul Yoldaşlıq Türkiyə-Macarıstan 0-6

09.10.1965      İstanbul Dünya Kuboku Təsnifat Qrupu Türkiyə-Çexoslovakiya 0-6

02.12.1962      Bolonya Avropa Çempionatının Təsnifat Qrupu İtaliya-Türkiyə 6-0

23.06.1954      Sürix DÇ Qərbi Almaniya-Türkiyə 7-2

26.03.2024      Vyana Yoldaşlıq Avstriya-Türkiyə 6-1

07.09.2021      Amsterdam DÇ Təsnifat qrupu Hollandiya-Türkiyə 6-1

12.09.1926      İstanbul AÇ Təsnifat qrupu Türkiyə-Polşa 1-6

17.10.1990      Dublin AÇ Təsnifat qrupu İrlandiya Respublikası-Türkiyə 5-0

16.10.1985 London DÇ Təsnifat qrupu İngiltərə-Türkiyə 5-0

22.09.1982 Györ Yoldaşlıq Macarıstan-Türkiyə 5-0

20.12.1975 İstanbul Yoldaşlıq Türkiyə-Qərbi Almaniya 0-5