İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski yay transfer pəncərəsində komandanı tərk etmək niyyətində deyil. Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Mənbənin məlumatına görə, Levandovskinin "Barselona"da qalmaq istəyinə baxmayaraq, Səudiyyə klubları hələ də 35 yaşlı forvardla maraqlanır. Bundan əlavə, Madrid "Atletiko"su da futbolçunu yaxından izləyir. Bu mövsüm polşalı hücumçu bütün yarışları nəzərə almaqla 39 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Levandovskinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 15 milyon avrodur.
Levandovski "Barselona" ilə bağlı qərarını verdi