“Liverpul”un veteranı futbol tarixinin ən vacib simasınadan danışdı

“Liverpul”un veteranı futbol tarixinin ən vacib simasınadan danışdı

“Liverpul”un keçmiş müdafiəçisi və hazırda futbol mütəxəssisi Ceymi Karraqer “Barselona”nın keçmiş baş məşqçisi Yohan Kroyffu futbol tarixinin ən önəmli adamı adlandırıb.

“Mən Kroyffu ən yaxşılardan hesab edirəm. Mən onun qazandığı nailiyyyətləri deyil, “Barselona”da keçdiyi yolun unikallığını əsas götürürəm. Bu günə qədər Yohan haqqında danışırlar. Onun Kataloniya klubunda qoyduğu fəlsəfəni müzakirə edirlər. Deməli, mənim üçün Yohan Kroyff futbol tarixinin ən vacib simasıdır”, - Britaniyanın “Daily Mail” onlayn nəşri Karraqerdən sitat gətirir.

Kroyff peşəkar məşqçilik karyerası ərzində “Barselona” və “Ayaks”la çalışıb. Niderlandlı mütəxəssis kataloniyalılara  4 dəfə çempionluq qazandırıb. Onlar həmçinin ölkə kubokunu və Superkubokunu əldə edib.