Nikolo üçün İspaniyadan təklif gəldi

Nikolo üçün İspaniyadan təklif gəldi

İtaliyalı yarımmüdafiəçi Nikolo Zaniolo karyerasını İspaniya çempionatında davam etdirə bilər. «Todofichajes»in yaydığı xəbərə görə, Madrid "Atletiko"su 24 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Müqavilə bu yay yekunlaşa bilər.
 Bu mövsüm Zaniolo icarə əsasında "Aston Villa"da çıxış edir. Onun icarəsi 2024-cü ilin iyunun sonunda başa çatır. İcarə müddəti bitdikdən sonra Nikolo Türkiyənin "Qalatasaray"ına qayıdacaq. Onun transfer qiyməti 20 milyon avro qiymətləndirilir.