Ya Vinisius və ya da o

Ya Vinisius və ya da o

Madrid "Real»ının hücumçusu Vinisius Junior yay transfer pəncərəsində komandasını dəyişə bilər. «Todofichajes»in məlumatına görə, PSJ onu transfer etməkdə maraqlıdır. Klub prezidenti Nasser Al-Khelaifi Kilian Mbappenin yerinə yeni ulduz müqavilə imzalamaq istəyir. Bu ya Vinisius ya da Rodriqo olacaq.  Bildirilir ki, 25 yaşlı Mbappe  bu mövsümün sonunda PSJ-dən «Real»a keçəcək. Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 150 ​​milyon avrodur.