İtaliya "Roma"sından ayrıldıqdan sonra uzun müddətdir ki, işsiz qalan Joze Mourinyo gələcək planlarından danışıb. «Məqsədim milli komandada çalışmaqdır. Bunun üçün mənə zamanında böyük təkliflər gəlmişdi.
Qarşıda Avro-2024 və Amerika kuboku həyəcanı var. Hələ dəqiq bilmirəm. Ola bilsin ki, bu, tezliklə məni layiq olduğum yerdə görəcəksiniz», - insayder Fabrizio Romano Mourinyodan sitat gətirib.