"Liverpul" Alonsonu gözləmək istəmir

"Liverpul" Alonsonu gözləmək istəmir

"Liverpul" Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonsodan imtina edib. “The Times”ın yazdığına görə, “Liverpul” Alonsonu gözləmək istəmir. Çünki ispaniyalı ən azı bir mövsüm də "Bayer"də qalmaq niyyətindədir.

Qeyd olunur ki, “mersisaydlılar” alternativ namizədlərdən - “Sportinq”in baş məşqçisi Ruben Amorim və ya "Brayton"dan Roberto De Zerbini bu vəzifəyə təyin edə bilər.