"Renault" keçmiş rəhbəri, italiyalı Flavio Briatore ürəyindən əməliyyat olunub. O, xoşxassəli şişi çıxarmaq üçün bu riski edib. O bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edib ki, əməliyyatan sonra özünü yaxşı edir.
Xatırladaq ki, Briatorenin rəhbərliyi altında «Renault» komandası dörd dəfə Formula 1 çempionu, üç dəfə isə Mühəndislər Çempionatının qalibi olub. 2008-ci ildə Sinqapur Qran-Prisində keçmiş «Renault» sürücüsü Nelson Piketin qəzaya səbəb olduğu üçün 2009-cu ildə Ümumdünya Motor İdmanı Şurası tərəfindən komandadan uzaqlaşdırılıb.