"Qarabağ" klubu 11-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
Ağdam təmsilçisi bu uğura Premyer Liqanın XXVIII turunda nail olub.
Dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"lə qarşılaşan Qurban Qurbanovun komandası oyunda 1:6 hesablı qələbə qazanıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ"ın heyətində Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) fərqlənib. "Kəpəz"in təsəlli qolunu isə matçın 90-cı dəqiqəsində fərqlənən Latir Fal vurub.
"Köhlən atlar" mövsümünün başa çatmasına 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək çempionluğunu rəsmiləşdirib.
Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğu ilə əlamətdar olub.