"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını İspaniyada davam etdirmək fikrindədir. Sport.es xəbər verir ki, bu məsələ ilə futbolçunun atası Alf-İnqe Haaland şəxsən məşğuldur. O, bir neçə aydır ki, oğlunun Madrid “Real”ına və ya Kataloniya “Barselona”sına transferi üzərində işləyir. Qeyd olunur ki, Alfa İnge oğlunu bu iki klubdan başqa heç bir yerdə oynamasına razı deyil.
Məlumat üçün bildirək ki, Erlinqin "Mançester Siti" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Transfermarkt portalı onun dəyərini 180 milyon avro qiymətləndirir.