"Sevilya"nın futbolçusu Serxio Ramos İspaniyada irqçilik problemi ilə bağlı fikirlərini bölüşüb. “Bu tip insanlarla mübarizə aparılmalı və stadionlara buraxılmamalıdır. Bu, oyunumuzun nüfuzunu qorumaq lazımdır”, -deyəDAZN ispaniyalı futbolçunun sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, İspaniya La Liqasında "Xetafe" - "Sevilya" matçında (0:1) azarkeşlər Akunya və Floresi irqçilik zəminində təhqir ediblər.