Aprelin 2-də “Bulvar Marriott Hotel”də AFFA-nın növbəti Konfransı keçiriləcək. AFFA-nın saytında yer alan xəbərə görə, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.
AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı - hansı məsələlər müzakirə olunacaq?