Papa Karlo şəhərliləri izləyib

Papa Karlo şəhərliləri izləyib

Madrid "Real"ının baş məşqçisi Karlo Ancelotti Premyer Liqa çərçivəsində keçirilən "Mançester Siti" və Londonun "Arsenal" komandaları arasında keçirilən matçı izlədiyini deyib. “Biz “Mançester Siti” - “Arsenal” oyununa baxdıq. Bütün aspektləri araşdırıb, qiymətləndirəcəyik. Matça mükəmməl hazırlaşmağa çalışacağıq”, -  deyə Ancelotti “Atletik"lə üzərində 2:0 hesablı qələbəsindən sonra mətbuat konfransında deyib. 

Xatırladaq ki, “Kral klubu” ilə "şəhərlilər" arasında Çempionlar Liqasının ilk 1/4 final görüşü rhələsi çərçivəsində aprelin 9-da doğma meydanda qəbul edəcək.