«Sevinirəm ki, Mourinyo «MotoGP»yə baxır»

«Sevinirəm ki, Mourinyo «MotoGP»yə baxır»

«MotoGP»də yarışan portuqaliyalı motosiklet yarışçısı Migel Oliveyra martın 23-24-də Portimauda (Portuqaliya) Joze Mourinyo ilə görüşündən danışıb. “Düşünürəm ki, bu cür dahi məşqçi ilə görüş yaddaqalan olacaq. Sevinirəm ki, Mourinyo MotoGP-yə baxır. O, mənə bunun Formula 1-dən daha yaxşı olduğunu etiraf etdi. Onunla görüşmək çox gözəl idi”, - deyə yarışda 9-cu yeri tutan Oliveyra deyib Crash.net saytına bildirib.