Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı öz işinə başlayıb. Konfrasda 2023-cü il ərzində AFFA-ya daxil olan vəsait və ümumi xərcləri müəyyənləşib.
Qurumun açıqladığı hesabatda bildirilib ki, milli assosiasiyaya ümumilikdə 35 milyon 617 min 445 manat daxil olub. Bunlardan 13 milyon manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 milyon 475 min 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 milyon 854 min 178 manatı UEFA-dan, 4 milyon 667 min 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 milyon 277 min 600 manatı FIFA-dan, 1 milyon 180 min manatı "Liv Bona Dea"dan, 1 milyon 180 min manatı Məlhəm Beynəlxalq Hospitaldan, 236 min manatı "Rabitəbank"dan, 118 min manatı "Paşa Sığorta"dan, 628 min 430 min manatı digər qurumlardan verilib.
Qurumun ümumi xərcləri isə 27 milyon 957 min 622 manat təşkil edib. Milli komandalar üçün xərclənən vasaitlər 12 milyon 806 min 378 manat, əməkhaqqı və ezamiyyə xərcləri 4 milyon 503 min 450 manat, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 1 milyon 978 min 885 manat, Hakimlər və Hakim-İnspektorlara 3 milyon 783 min 469 manat, təsərrüfat xərcləri 685 min 548 manat, oyunların təşkili 785 min 117 manat, aviabilet və hotel xərcləri 335 min 869 manat, nəqliyyat xərcləri 229 min 973 manat, kommunal və rabitə xərcləri 170 min 370 manat, təhsil üçün 161 min 786 manat, Marketinq və Sponsorluq Departamentinə 273 min 64 manat, “Elit Məşq” Layihəsinə 408 min 97 manat, “Futbol Dərsi” Layihəsi 54 min 30 manat, VAR layihəsinin tətbiq olunması 1 milyon 100 min 429 manat, digər xərclər 681 min 157 manat təşkil edib.
AFFA-nın xərclər bölgüsündə yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir. SOCAR və AFFA arasında bağlanan 18 avqust 2022-ci il tarixli və 20 iyul 2023-cü il tarixli maliyyə yardımı müqavilələrinə əsasən 2022/2023 və 2023/2024 futbol mövsümləri üzrə milli komandaların saxlanılmasına, Region
Liqası və Region Liqası oyunlarının keçirilməsinə və VAR Layihəsinə ayrılan maliyyə vəsaiti adıçəkilən kriteriyalar üzrə müvafiq qaydada xərclənib.