AFFA-nın yeni prezidenti müəyyənləşdi

AFFA-nın yeni prezidenti müəyyənləşdi

AFFA-nın yeni prezidenti seçilib. 

"Olimpnews.az" xəbər verir ki, qurumun yeni rəhbəri bu gün keçirilən Hesabat-Seçki Konfransında bəlli olub. Milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib. Bu vəzifəyə yeganə namizəd olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti və "Neftçi"nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf seçilib.

Qeyd edək ki, R.Nəcəf bu vəziədə Rövnəq Abdullayevi əvəzləyib.