"Neftçi" və "Qarabağ" Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gələcək

"Neftçi" və "Qarabağ" Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. 

Bu mərhələdə azarkeşlər Azərbaycan derbisini izləyəcəklər. Belə ki, növbəti mərhələyə vəsiqə uğunda mübarizədə "Neftçi" və "Qarabağ" klubları üz-üzə gləcək. "Neftçi Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu "Zirə" və "Qəbələ" komandaları arasında olacaq. Oyun aprelin 3-də təşkil olunacaq. Hər iki cavab oyunu aprelin 24-də keçiriləcək.