Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ilk turun oyunları keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü illər təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.
Turnirin açılış günündə "Əmircan" və "Yeni Suraxanı" komandaları üz-üzə gəlib. Oyun "Yeni Suraxanı" komandasının böyükhesablı qələbəsi ilə başa çatıb -5:0.
Yarışın ikinci günündə "Nardaran" və "Kürdəxanı" (1:1), "Maştağa" və "Pirşağı" (2:2), "Zabrat" və "Sabunçu" (1:1), "Mehdiabad" və "Görədil" (1:1), "Aşağı Güzdək" və "Məmmədli" (2:2) komandaları arasında keçirilən görüşlərdə qalib müəyyənləşməyib. "Balaxanı" komandası "Ramanaya" minimal hesabla qalib gəlib - 1:0.
Növbəti görüşlərdə "Biləcəri" "Saray"ı 3:0 hesabı ilə məğlub edib. "Masazır" komandası isə "Binəqədiyə" 0:7 hesabı ilə məğlub olub. "Bülbülə" və "Hövsan" - 1:1, "Qala" və "Şağan" - 2:2 komandaları arasında keçirilən görüşlər bərabər hesabla yekunlaşıb. "Türkan" "Zirə"yə 0:12 hesabı ilə məğlub olub. "Qaraçuxur" "Əhmədli" komandaları arasında keçirilən görüş birincilərin qalibiyyəti ilə yekunlaşıb - 3:0. "Keşlə" və "Günəşli" komandaları arasında təşkil oluan görüş "Günəşli" komandasının 10:1 hesablı qalibiyyəti ilə başa çatıb. "Şüvəlan" "Buzovna" komandaları arasında baş tutan oyunda bərabərlik qeydə alınıb -1:1. "Binə" və "Mərdəkan" komandaları arasında keçirilən görüşdə isə "Mərdəkan" komandası 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.