İngilislər mərkəzi portuqallara etibar edəcəklər 

İngilislər mərkəzi portuqallara etibar edəcəklər 

İngiltərənin "Mançester Yunayted" klubu yayda heyətini gücləndirməyi planlaşdırır. Goal portalının Portuqaliya klubuna istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar"ın hədəfi "Benfika"nın yarımmüdafiəçisi Joao Neveşdir. “Mançester Yunayted” "Benfika"nın yarımmüdafiəçisi Joao Neveşi izləmək üçün dəfələrlə skautlar göndərib.

"Goal" portalının məlumatına görə İngiltərə təmsilçisi mərkəzi Neveş və Fernandesdən ibarət cütlüyə həvalə etmək niyyətindədir.  "Mançester Yunayted" Neveşi transfer etmək üçün yeni transfer rekordu vurmağa hazırdır. Sonuncu dəfə onlar ən çox məbləği Pol Poqba üçün ödəmişdilər - 105 milyon. Qeyd edək ki, 2023/2024 mövsümündə Neveş 46 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Anar Əhmədov