Braziliya "Atletiko Paranaense"nin qapıçısı Bento tezliklə Avropanın ən aparıcı çempionatlarında əlcək geyinə bilər. Braziliya millisinin heyətində yer alan 24 yaşlı oyunçu Milan «İnter»inin, London “Çelsi”sinin və bir neçə klubun diqqətini cəlb edib. Bento Braziliya millisinin heyətində martın 23-də İngiltərə ilə yoldaşlıq görüşündə (1:0) debüt edib. Üç gün sonra İspaniya millisinə qarşı keçirilən görüşdə əsaəs heyətdə sona qədər qapıda dayanıb (3:3). O, Braziliya A Seriyasında 76 oyun keçirib, 91 qol buraxıb.