Massimiliano Alleqri "Yuventus"da son günlərini yaşayır. «Transfer News Live»in «Tuttosport»a istinadən verdiyi məlumata görə, «Qoca Sinyora» A Seriyasının qarşıdakı “Fiorentina” və “Torino” ilə matçlarda nəticənin qənaətbəxş olmadığı təqdirdə Alleqri ilə yollarını ayıracaqlar.
"Yuventus" hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Alleqrinin komandası A Seriyasında keçirdiyi son dörd oyunda qələbə qazana bilməyib (iki heç-heçə, iki məğlubiyyət). Komanda yalnız dünən «Latsio» ilə kubok matçında meydanı qalibiyyətlə tərk edib - 2:0.