«Şəhərlilər»i tərk etmək üçün yayı gözləyir

«Şəhərlilər»i tərk etmək üçün yayı gözləyir

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva yayda Qvardiolanın komandasını tərk etməyi düşünür. İnsayder Fernando Polonun məlumatına görə, «Barselona» portuqaliyalını heyətinə cəlb etməyə çalışır. Xatırladaq ki, Silvanın müqaviləsində təzminat məbləği 50 milyon avro nəzərdə tutulub. Bildirilir ki, bu qiymət «Barselona» üçün qənaətbəxşdir. 29 yaşlı Silva İngiltərə Premyer Liqasının hazırkı buraxılışında 6 qol vurub və 4 məhsuldar ötürmə edib.