«Lamborghini» 20 ildən artıq müddətdə ilk dəfə olaraq korporativ loqosunu yeniləyib. «Lamborghini»nin rəsmi press-relizində qeyd edilir ki, yenilənmiş loqo şirkətin yeni strategiyasından ilhamlanıb və onun missiyasını daha dəqiq əks etdirir. “Yenilənmiş loqo şirkətin korporativ identikliyinin ayrılmaz hissəsidir və o, brendin gələcək avtomobillərində yerləşdiriləcək. Eyni zamanda, brendin avtomobillərinin üslubunu əks etdirən rəsmi «Lamborghini şrifti» hazırlanıb. Bu yeniləmə şirkətin yeni mərhələyə qədəm qoyduğunu qeyd edir”, - deyə açıqlamada bildirilir.
Xatırladaq ki,«Lamborghini» 1963-cü ildə qurulub. O, zaman onun loqotipində bir öküz peyda olub. Bu Ferruccio Lamborghinin buğa bürcü altında doğulmasına bir işarədir. Müəllif qeyd edib ki, o, həmişə öküzlərə, onların gücünə və sürətinə heyran olub.