«Mən də bunu xəyal edirəm»

«Mən də bunu xəyal edirəm»

"Yuventus"unun hücumçusu Duşan Vlahoviç karyerası ərzində əldə etmək istədiyi ən böyük nailiyyətdən danışıb. "Çempionlar Liqası? Bu, hər bir futbolçunun qalib olmaq istədiyi turnirdir. Təbii ki, mən də bunu xəyal edirəm. Bu kuboku almaq üçün bütün gücümü səfərbər edəcəyəm”, - deyə  A Seriyasının rəsmi saytı Vlahoviçdən sitat gətirib.

Xatırladaq ki, bu mövsüm Vlahoviç bütün turnirlərdə 28 matçda iştirak edib. O, 16 qolun və 3 məhsuldar ötürmənin müəllifidir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

"Yuventus" İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Massimiliano Alleqrinin komandası 30 oyunda 59 xal toplayıb.