Bir neçə müddətdir diqqət mərkəzinə düşən Superkompyuter Premyer Liqada çempionluq yarışının nəticəsi ilə bağlı öz versiyasını təqdim edib. The Sun xəbər verir ki, süni intellektin fikrincə bu mövsüm Premyer Liqanın qalibi "Liverpul" olacaq. Londonun “Arsenal” klubu bir xal geri olmaqla, ikinci pillədə qərarlaşacaq. İlk üçlüyü hazırkı titulin sahibi «Mançester Siti» tamamlayacaq. Superkompyuterin proqnozuna görə, «Aston Villa» dördüncü, «Tottenhem» isə beşinci yerdə olacaq. “Mançester Yunayted”, “Çelsi”, «Nyukasl», «Bornmut» və «Brayton» da ilk 10-luqda yer alacaq.
Qeyd edək ki, hazırda 30 matçdan sonra "Liverpul" Premyer Liqaya xalla başçılıq edir. “Arsenal” ikinci, “Mançester Siti” isə üçüncüdür.