Macarıstanın paytaxtı Budapeşt şəhərində paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı, gənclər arasında isə cüdo üzrə Dünya oyunları keçirilib.
Ölkəmizi Dünya oyunlarında təmsil edən gənc idmançılarımız - Gülnar Şiriyeva (48 kq) və Səbinə Abdullayeva (57 kq) qızıl medallara layiq görülüblər. Oğlanlardan isə Nurlan İbrahimov və İbiş Əlizadə bürünc medallara sahib çıxıblar.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) növbəti dəfə Avropa çempionu tituluna layiq görülüb. Digər idmançımız Səbinə Abdullayeva (57 kq), ayağında ciddi zədəsi olmasına baxmayaraq, gümüş medal qazanıb.
Xatırladaq ki, çempionatın ilk günündə Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) qızıl, Elçin Talıbov (60 kq) isə bürünc medala sahib çıxmışdılar.