Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız böyüklər və gənclər arasında bu nailiyyətə imza atıb.
Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.