Azərbaycan Karate Federasiyasının (AKF) kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandalarının yeni baş məşqçisi müəyyənləşib.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.
Anar Əhmədov isə V.Kərimovun köməkçisi - böyük məşqçi vəzifəsini icra edəcək.