Hacı Əliyev: “Qismətimdə çempion olmaq varsa, bu, Parisdə gerçəkləşəcək”- MÜSAHİBƏ
BOK
11.06.2024, 15:08
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə reytinq turniri pəhləvanlarımız üçün 5 medalla yadda qaldı. Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində keçirilən yarışda sərbəst güləş üzrə yığmamızın üzvü Hacı Əliyev də mükafatçılar sırasında yer aldı. Reytinq turnirini bürünc medalla başa vuran pəhləvanımız Milli Olimpiya Komitəsinin saytı “Olympic.az”, “Olimpiya dünyası” qəzeti və “olimpnews.az” saytına müsahibə verib. Müsahibimiz reytinq turnirindəki çıxışı və Paris Olimpiadasına hazırlıq prosesi barədə danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Hacı, istərdik söhbətimizə reytinq turnirindəki çıxışınla başlayaq. Paris-2024 ərəfəsi Macarıstanda təşkil edilən yarışda bürünc medal qazandın. Çıxışını necə xarakterizə edərdin?
- Bu yarış bizim üçün Paris-2024-dən əvvəl son yoxlama turniri idi. Burada məqsəd çempion olmaq deyildi. Əsas məqsədim olimpiadadan əvvəl reytinq yarışında iştirak edərək, Olimpiya Oyunlarının ab-havasını yaşamaq və özümü yoxlamaq idi. Bir gün ərzində beş görüş keçirdim. Bu da mənim üçün çox effektli idi. Çünki Olimpiya Oyunları ərəfəsində bir gün ərzində neçə görüş keçirə biləcəyimi yoxladım. Yarışda çempion olan yaponiyalı idmançıya birinci görüşdə qalib gəlmişdim. Düşünürəm ki, turnirı gözəl keçdi.
- Olimpiya Oyunlarına hazırlıq prosesi necə gedir? İstərdik bir qədər yarışlara hazırlıq planı barədə danışasan.
- Olimpiadaya hazırlıq prosesi çox yaxşı keçir. Ardıcıl olaraq təlim-məşq toplanışlarında iştirak edirik. Bizim Göygöldə və Qubada təlim-məşq toplanışlarımız olacaq. Olimpiya Oyunlarına qədər məşqlərimiz davam edəcək. Azərbaycan Güləş Federasiyasının və məşqçilərimizin sayəsində hər şey gözəl şəkildə planlaşdırılıb.
- Azarkeşlər ikiqat Olimpiya mükafatçımız Hacı Əliyevdən Parisdə hansı nəticəni gözləyə bilərlər?
- Sözsüz ki, azarkeşlər məndən Olimpiya çempionluğunu gözləyir. Mən də dördilliyin zirvə yarışının qalibi olmağı çox istəyirəm. Bu yaşıma qədər idmanda qalmağımın səbəbi də məhz bu istəkdir. Paris-2024-də əsas məqsədim Olimpiya çempionu olmaqdır. Bu titula sahib çıxmaq üçün həqiqətən də nə lazımdırsa edirəm. Amma düşünürəm ki, bu, Allahın qismətidir. Əgər qismətimdə çempion olmaq varsa, bu, inşallah Parisdə gerçəkləşəcək. İstərdim azarkeşlər bilsin ki, Olimpiya Oyunlarının hər medalı dəyərlidir. Buna qədər Rio-2016-nın bürünc, Tokio-2020-nin isə gümüş medalını qazanmışam. Üçüncü dəfə olimpiadada medal qazansam, bu, mənim üçün tarixi bir nəticə olacaq.
- Paris-2024-də əsas rəqiblərin kimlərdir?
- Bildiyiniz kimi, Olimpiya Oyunlarında ən güclü rəqabət 65 kq və 74 kq çəki dərəcələrində olacaq. Çünki burada həqiqətən də hər bir rəqib çempion olmağa iddialıdır. Mənim üçün 65 kq çəki dərəcəsində ən güclü rəqiblər Yaponiya, Macarıstan və İran idmançılarıdır. Eləcə də monqolustanlı və rusiyalı güləşçilər də əsas rəqiblərdən sayılırlar. Həqiqətən də güclü rəqiblər və güclü rəqabət olacaq.
- Komanda yoldaşlarından hansı nəticəni gözləyirsən?
- Sözsüz ki, Paris-2024-də komanda yoldaşlarımdan gözəl qələbələr gözləyirəm. Bütün çəki dərəcələrində iştirak edən güləşçilərimiz medal qazanmağa layiq idmançılardır. Çalışsalar, hər biri Parisdə medal əldə edə bilərlər. Düşünürəm ki, bu şansdan yetərincə və düzgün şəkildə istifadə etmək lazımdır. Hazırda komanda yoldaşlarım arasında Parisə yollanacaq heyətdə heç bir güləşçi Olimpiya medalı qazanmayıb. İstərdim ki, onlar öz kolleksiyalarına Olimpiya medalını da əlavə etsinlər.
- Əvvəlki müsahibələrində bildirmişdin ki, bu, sənin üçün sonuncu olimpiada olacaq. Karyeranı başa vurduqdan sonra hansı işlə məşğul olacaqsan?
- Bəli, nə qədər də üzücü olsa da bu, mənim sonuncu yarışım olacaq. Peşəkar idmanla vidalaşmaq sözsüz ki, çətindir. Düşünəndə ki, o, hissləri, o həyəcanı bir daha yaşamayacağam, bu, məni çox üzür. Amma hər şeyin öz vaxtı var. Hər şey öz vaxtında bitəndə daha gözəl olur. Uzun illərdir ki, güləşirəm. Bu yaşa qədər yüksək formada güləşmək asan deyil. Bu illər ərzində qələbələr və titullar qazanmışam. Əlbəttə “karyeramı başa vururam” - sözünü demək mənim üçün çətin olsa da, hər şeyə son deməyi bacarmaq lazımdır. Hazırda Dövlət Sərhəd Xidmətində çalışıram. Fərqi yoxdur, ya idman, ya da başqa sahədə çalışmağımdan asılı olmayaraq, gələcəkdə də ölkəmiz üçün əlimdən gələni etməyə hazıram.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
Bugün, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
Bugün, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
Bugün, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
Bugün, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
Bugün, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
Bugün, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
Bugün, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks