Federasiya rəhbərliyi millimizin üzvləri ilə görüşüb

Federasiya rəhbərliyi millimizin üzvləri ilə görüşüb

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və rəyasət heyətinin üzvləri kişilərdən ibarət 3x3 basketbol millisi ilə görüş keçirib.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, E.Əmrullayev Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmış komandanı təbrik edərək onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda federasiya rəsmiləri millinin qalib üzvləri ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Kosovonun paytaxtı Priştina şəhərində keçirilmiş turnirin təsnifat mərhələsini uğurla başa vuraraq əsas raunda vəsiqə qazanıb.