Ədalət təmsilçimizə növbəti etimad

Ədalət təmsilçimizə növbəti etimad

İyunun 18-25-də Özbəkistanın Çirçik şəhərində Asiya Oyunları keçiriləcək. Olimpiya Oyunları ərəfəsində təşkil olunacaq mötəbər yarışda azərbaycanlı ədalət təmsilçisi də iştirak edəcək. Belə ki, bu vaxta qədər bir neçə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində təmsil olunan Vahid Nəzərov Asiyada təşkil olunacaq ağırlıqqaldırma yarışına dəvət alıb.

Qeyd edək ki, 6 Olimpiya Oyunlarında (Atlanta-1996, Sidney-2000, Pekin-2008, Sinqapur-2010, London-2012, Tokio-2020) beynəlxalq hakim kimi ölkəmizi təmsil edən Vahid Nəzərov bu illər ərzində həmçinin 4 İslam Həmrəyliyi Oyunlarında ədaləti qoruyub.