Sənan Süleymanov Paris-2024-də beşinci oldu

Sənan Süleymanov Paris-2024-də beşinci oldu

BOK

07.08.2024, 22:04

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlar davam edir. Bu gün klassiklərin medallar uğrunda mübarizəsində təmsilçimiz Sənan Süleymanov da mübarizə aparıb. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Avropa çempionumuz üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudovla qarşılaşıb. Görüş rəqib idmançının 5:6 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da idmançımız Paris-2024-ü beşinci pillədə başa vurub.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan idmançımız Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyana və macarıstanlı Zoltan Levaya qalib gəlsə də yarımfinalda qazaxıstanlı Demeu Jadrayevə məğlub olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR