Litvanın Vilnüs şəhərində keçirilən bədii gimnastika üzrə “Dalia Kutkaite Cup” beynəlxalq turnirinə yekun vurulub. Gimnastlarımız yarışda uğurla çıxış edərək 5 medala sahib çıxıblar. Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb. Azadə Atakişiyevanın qazandığı hər 3 medalın əyarı gümüş olub. O, çoxnövçülük proqramı ilə yanaşı, halqa və toplarla hərəkətlərin icrasında 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb.