Oktyabrın 9-13-də İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında 13-cü dünya çempionatı keçirilib. Yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Komandamızın üzvü Gülay Orucova (59 kq) dünya çempionatında bürünc medal qazanıb. Karateçimiz yarışın son günündə yaponiyalı İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.