Karateçimiz beynəlxalq turnirdə qızıl medal qazandı

Karateçimiz beynəlxalq turnirdə qızıl medal qazandı

Belarusun paytaxtı Minskdə karate üzrə "Belarus Open-2024" beynəlxalq turniri keçirilib. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın üzvü Asiman Qurbanlı beynəlxalq turnirin qızıl medalına sahib çıxıb. +84 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.