Sərbəst güləşçilərimiz üçün üç bürünc medal şansı 

Sərbəst güləşçilərimiz üçün üç bürünc medal şansı 

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər.

Təsəlliverici qarşılaşmalarda Nürəddin Novruzov (61 kq) Kosta-rikalı Peter Hammeri, Orxan Abasov (79 kq) monqolustanlı Suldxu Olonbayarı, Abubakr Abakarov isə (92 kq) ABŞ təmsilçisi Devid Teyloru sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi 85 xal toplamaqla komanda hesabında birinci olub. Millinin üç üzvü - Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) turnirdə qızıl medal qazanıb.