MOK-un keçmiş baş katibinin vəziyyəti pisləşdi

MOK-un keçmiş baş katibinin vəziyyəti pisləşdi

Milli Olimpiya Komitəsinin (MOK) keçmiş baş katibi Ağacan Abıyevin vəziyyəti pisləşib.

Keçmiş millət vəkili paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib.

Ağciyər tənəffüs sistemində problem aşkarlanan Ağacan Abıyevə müalicə yazılıb.

Qeyd edək ki, Ağacan Abıyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) rektoru, Milli Məclisin deputatı və Milli Olimpiya Komitəsinin baş katibi olub.