Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsində XIII turun oyunları keçirilib.
Turun mərkəzi matçında "Bakı" və "Azəryol" komandaları qarşılaşıb. Oyun “Bakı” klubunun qələbəsi ilə yekunlaşıb -28:26.
Qadınların yarışında isə XI turda "Qarabağ" - "Kür" görüşü keçirilib. Oyun "Qarabağ" klubunun minimal hesablı qələbəsi ilə başa çatıb -23:22.