Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X turun oyunlarına start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Meydana əvvəlcə MOİK və "Gənclər" komandası çıxacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyun saat 16:00-da başlayacaq. Bu oyundan iki saat sonra həmin məkanda "Neftçi" - "Xilasedici" oyunu keçiriləcək.
Tura sabah "Murov Az Terminal" - "Azərreyl" oyunu ilə yekun vurulacaq.